Azərbaycan Konstitusiyası

Azərbaycan Konstitusiyası

500 - 1,000 downloads

Add this app to your lists
View bigger - Azərbaycan Konstitusiyası for Android screenshot
View bigger - Azərbaycan Konstitusiyası for Android screenshot
View bigger - Azərbaycan Konstitusiyası for Android screenshot
View bigger - Azərbaycan Konstitusiyası for Android screenshot
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Comments and ratings for Azərbaycan Konstitusiyası

  • There aren't any comments yet, be the first to comment!